Almaniya kansleri Şimal axını-2 layihəsini səhv adlandırdı

6-06-2025, 15:18           
Almaniya kansleri Şimal axını-2 layihəsini səhv adlandırdı
Almaniya kansleri Fridrix Mers ölkəsinin əvvəlki hakimiyyətinin "Şimal axını–2" qaz kəməri layihəsini həyata keçirməsini tənqid edib.

32gun.az-ın məlumatına görə, o, bu sözləri Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bildirib.

"Bu, səhv idi", – deyə kansler vurğulayıb.

Mers həmçinin qeyd edib ki, onun hökuməti "Şimal axını–2" qaz kəmərinin istismara verilməməsi üçün əlindən gələni edəcək.

Digər tərəfdən, amerikalı investor Stiven Linç Qərbin Rusiyadan qaz idxalından imtina qərarını dəyişəcəyinə inandığını bildirib. 2024-cü ildə partladılmış "Şimal axını–2" qaz kəmərini almaq niyyətini açıqlayan Linç, 6 mayda Berlində Almaniyanın Energetika Nazirliyinin rəsmiləri ilə keçirdiyi görüşdə planlarından danışdığını deyib.

Onun sözlərinə görə, alman rəsmilər bu ideyaya mənfi yanaşıblar və qazın "Şimal axını–2" vasitəsilə yenidən Rusiyadan nəqlinə necə nail olmaq istədiyini soruşublar. Linç isə cavabında bildirib ki, bu onun vəzifəsi deyil, lakin Almaniya özü başa düşəcək ki, ucuz yanacaq ölkə üçün sərfəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru