NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib

6-06-2025, 10:47           
NATO hərbi imkanlarının əhəmiyyətli dərəcədə artırılması planlarını təsdiqləyib
NATO müdafiə nazirləri Brüsseldə keçirilmiş görüşdə soyuq müharibə dövründən bəri alyansın hərbi imkanlarının ən əhəmiyyətli artırılması planlarını təsdiqləyiblər.

TASS xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rütte görüşün yekunlarına dair mətbuat konfransında danışıb.

“Biz hərbi imkanların artırılması üçün iddialı planlar qəbul etdik. Buraya hava hücumundan müdafiə vasitələri, tanklar, uzaqmənzilli sistemlər, pilotsuz uçuş aparatları və quru qoşunları daxil olacaq. Əlbəttə, bunun üçün NATO ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalıdırlar”, – o bildirib.

Rütte 24-25 iyunda Haaqada keçiriləcək NATO sammitinə alyans ölkələri üçün hərbi xərclərin hazırkı ÜDM-in 2 %-dən 5 %-nə qaldırılması ilə bağlı “təklif irəli sürdüyünü” təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru