NATO Ukraynanın müzakirəsini Haaqada məhdudlaşdıracaq, Trampı qıcıqlandırmamaq üçün - "Reuters"

Dünən, 12:44           
NATO Ukraynanın müzakirəsini Haaqada məhdudlaşdıracaq, Trampı qıcıqlandırmamaq üçün -
Haaqada 24-25 iyun tarixlərində keçiriləcək NATO sammitinin təşkilatçıları, Ukraynanın müzakirəsini məhdudlaşdırmağa çalışacaq və ABŞ prezidenti Donald Trampı “qıcıqlandırmamaq” məqsədilə Vladimir Zelenskinin iştirakını necə planlaşdıracaqlarını düşünürlər.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Bir çox müttəfiq Zelenskinin sammitdə iştirak etməsini istəyir, lakin onun iştirakına dair konkret formatla bağlı çeviklik mövcuddur, bu da onun iştirakını təmin edə bilər", – deyə agentlik bir NATO diplomatına istimadən məlumat verib.

Mənbənin sözlərinə görə, Zelenski sammitin əvvəlindəki naharda iştirak edə bilər, lakin əsas görüşə buraxılmayacaq. NATO hələ ki, Kiyev rəhbərinin dəvətini təsdiqləməyib.

Agentlik məlumatına görə, NATO-nun üzv dövlətlərinin narahatlığı, Zelenski və Tramp arasında 18 fevralda Ağ Evdə keçirilən şəxsi görüşün nəticəsində baş verən qalmaqaldan təkrarlanmaması ilə bağlıdır. Bu görüş Ukraynaya olan dəstəyi təhdid etmişdi. ABŞ prezidentinin alyansdan çıxmaq ehtimalı barədə bəyanatları da rəsmi şəxslərdə narahatlıq yaradıb.

"Reuters"ə görə, sammit qısa formatda keçiriləcək və yekun bəyanat da buna uyğun olacaq. Yekun sənəddə Rusiyaya qarşı “yeni strategiya” ilə bağlı tövsiyələr yer almayacaq.

Əvvəlcə "The Atlantic" jurnalı bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp, Ukraynanın Rusiya hərbi aerodromlarına zərbə endirmə qərarından narazıdır və Ağ Evdə Kiyevə verilən dəstəyi dayandırmaq məsələsi müzakirə olunur. Jurnalın Vaşinqtondakı administrasiya işçilərindən aldığı məlumata görə, ABŞ lideri “özəl olaraq, zərbələrin münaqişənin eskalasiyasına səbəb ola biləcəyini ifadə edib”. Jurnalın məlumatına görə, “drone hücumu prezidentin Zelenskiyə qarşı uzun müddətli narazılığını yenidən canlandırıb və Ağ Evdə ABŞ-ın Ukraynaya dəstəyini davam etdirməli olub-olmaması ilə bağlı yeni mübahisələrə səbəb olub”.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.