Ukraynadan təkzib: Rusiyanın bu bəyanatı yalandır!

8-06-2025, 10:54           
Ukraynadan təkzib:
Ukrayna tərəfi Rusiya rəsmilərinin əsir mübadiləsinin Kiyev tərəfindən təxirə salınması və meyitlərin repatriasiyası ilə bağlı iddialarını təkzib edib.
Bu barədə Ukrayna Hərbi Əsirlərlə İş Üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna əsir mübadiləsi üçün siyahıları qarşı tərəfə təqdim edib^

“Lakin Rusiya tərəfi razılaşdırılmış qaydalara uyğun gəlməyən siyahılar göndərib. Ukrayna bu məsələyə dair münasibətini çatdırıb və Rusiya tərəfinin növbəti addımını gözləyir. Repatriasiya ilə bağlı razılaşma var idi, lakin konkret tarix razılaşdırılmamışdı. Bunun əvəzinə, Rusiya tərəfi razılaşdırılmamış şəkildə birtərəfli addımlar atdı”.

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan etmişdi ki, Ukrayna əsir mübadiləsini təxirə salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru