Putin Mirziyoyevlə nələri müzakirə etdi?

12-06-2025, 11:34           
Putin Mirziyoyevlə nələri müzakirə etdi?
Rusiya və Özbəkistan Prezidentləri Vladimir Putin və Şavkat Mirziyoyev telefonla danışıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, prezidentlər bir sıra ikitərəfli iqtisadi və enerji layihələrinin praktiki icrası məsələlərini müzakirə ediblər.

“Hər iki tərəf Rusiya nümayəndə heyətinin də iştirak etdiyi IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunun uğurla keçirildiyini qeyd edib”, – Kremlin məlumatında yazılıb.Globalinfo.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru