Putinin köməkçisi: "Ukrayna güzəştə getməsə, yeni ərazilər itirə bilər"

12-06-2025, 17:24           
Putinin köməkçisi: "Ukrayna güzəştə getməsə, yeni ərazilər itirə bilər"
Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə getmək istəməməsi Kiyev üçün yalnız növbəti ərazi itkilərinə səbəb olacaq.

Bunu "Wall Street Journal" nəşrinə müsahibəsində Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

Onun sözlərinə görə, Moskva cavab verməyə məcbur olacaq.

Medinski qeyd edib ki, Ukrayna danışıqlara hazır olmadığını bildirir. Onun fikrincə, bu cür taktika hazırkı münaqişə çərçivəsində qonşu ölkələrini vəziyyətini pisləşdirə bilər.

"Biz sülh istəyirik. Ukrayna digər dövlətlərin maraqlarını rəhbər tutmağa davam edərsə, o zaman biz cavab verməyə məcbur olacağıq. Güzəştə hazır olmamaq Ukraynaya bir sıra ərazilər bahasına başa gələcək", Putinin köməkçisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru