Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatı gündəmdədir
Dünən, 10:14

Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatı gündəmdədir. Təhlil edək.
Rusiya təbliğatı Pistoriusun sözlərini kontekstdən çıxararaq ictimaiyyətdə yanlış təsəvvür yaratmağa çalışır. Bəs əslində nə baş verib?
Bir jurnalist Boris Pistoriusa sual verib:
"Almaniya Ukraynaya Taurus raketlərinin verilməsini nəzərdən keçirirsinizmi?"
Pistorius bu suala belə cavab verib:
"Siz mənə sual verdiniz ki, bunu nəzərdən keçiririkmi? Mən sizə cavab verirəm - xeyr!"
Amma məsələ bununla bitmir. Pistoriusun növbəti açıqlamasına xüsusi diqqət yetirmək lazımdır:
"Almaniya uzaqmənzilli silahların (Qeyd: Ukraynada) istehsalının maliyyələşdirilməsində iştirak edir. Bu silahlar istehsal olunmalıdır. Və yaxın vaxtlarda istifadəyə hazır olmalıdır."
Tərcümə edək:
Almaniya məsələni "nəzərdən keçirmir", çünki hər şey çoxdan nəzərdən də keçirilib, qərar da verilib, raketlər də çatdırılıb. Sadəcə, rəsmi olaraq "Taurus raketləri vermədik" görüntüsü yaradılır. Əvəzində, Ukraynada qəfil "öz istehsalı olan" uzaqmənzilli raketlər peyda olacaq və bu da "Almaniyanın maliyyələşdirdiyi" bir layihə kimi təqdim ediləcək.
Kamran Cəfərov
TEREF