İrana zərbə: Türkiyə və Azərbaycan ordularını Naxçıvana cəmləyir? - Rayevski

13-06-2025, 09:38           
İrana zərbə:
İrana zərbə: Türkiyə və Azərbaycan ordularını Naxçıvana cəmləyir? - Rayevski
Türkiyə və Azərbaycan İran ətrafında baş verən prosesləri ciddi şəkildə izləyir və hər dəyişiklikdən yararlanır və mövqelərini dəyişirlər.

Bu sözləri rusiyalı şərqşünas Viktor Nadein-Rayevski erməni mediasına geniş müsahibəsində İsrail və ABŞ-ın İrana hücum ehtimalı fonunda Cənubi Qafqazda baş verən mümkün dəyişiklik haqda danışarkən qeyd edib.

Bu baxımdan indiki məqamda Azərbaycan və Türkiyənin Naxçıvanda təlimə hazırlaşmasını “ordu cəmləşdirilməsi” kimi qiymətləndirilməsindən imtina etməyən Rayevski bildirib ki, vəziyyətin gərginləşməsinin Türkiyə və Azərbaycanın “tarixi arzusu olan Turan dəhlizi şəklində” Cənubi Qafqaz üçün də eskalasiya təhlükəsi ilə dolu olduğu fikrindədir:

“Bu planlar (Zəngəzur dəhlizi – red.) İranın aydın mövqeyi, eləcə də əlverişsiz geosiyasi tənzimləmələr səbəbindən pozulub. Ancaq müəyyən mərhələdə həyata keçirilmirsə, bu o demək deyil ki, başqa mərhələdə həyata keçirilə bilməz, yəni təhlükə var.

İran bu məsələdə qətiyyətlidir, İran müntəzəm olaraq vurğulayır ki, Ermənistanın ərazi bütövlüyünün pozulmasına imkan verməyəcək, lakin İranın hərbi əməliyyatlara cəlb edilməsi Tehranın Cənubi Qafqaza təsir imkanlarını azaldacaq.

Hesab edirəm ki, Rusiya Ukrayna məsələsi ilə bağlı danışıqlarla məşğul olduğu qədər, İran istiqamətində də məşğuldur və İrana qarşı istənilən hərbi addım Rusiya üçün çox arzuolunmazdır”. \\BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru