Kelloq: döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyirik

13-06-2025, 09:28           
Kelloq: döyüşlərin mövcud cəbhə xəttində dayandırılmasını istəyirik
ABŞ Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün döyüş əməliyyatlarının cəbhə xəttində dayandırılmasını istəyir.

Bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Brüsseldə keçirilən Alman Marşall Fondunun forumunda bildirib.

“Biz döyüşlərin hazırkı mövqelərdə dayandırılmasına nail olmaq istəyirik. Kim haradadırsa, həmin ərazi onun nəzarətində qalacaq. Bu, hüquqi tanınma deyil, de-fakto vəziyyətdir. Daha sonra uşaqların və əsirlərin geri qaytarılması, eləcə də təkcə Ukrayna üçün deyil, Avropa üçün də əlverişli olan sabit atəşkəs reallaşdırılmalıdır,” – Kelloq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru