Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı VİDEO

4-07-2025, 16:38           
Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı  VİDEO
Almaniyanın keçmiş federal kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın kameralar qarşısında nümayişkaranə şəkildə onunla əl sıxmaqdan imtina etdiyi səs-küylü insidentin təfərrüatını bölüşüb.

Bu barədə "Politico" məlumat verib.

Merkel Trampın davranışını ictimaiyyətin diqqətini özünə cəlb etmək üçün qəsdən edilmiş cəhd kimi xarakterizə edib. Keçmiş kanslerin sözlərinə görə, bu insident 2017-ci ilin martında onun Ağ Evə rəsmi səfəri zamanı baş verib.

"Mən "Donald, gəl əl sıxaq" deməklə səhv etdim, o isə əl sıxmadı. Tramp diqqəti özünə cəlb etmək istəyirdi. Bu, onun istədiyi şeydir: diqqəti yayındırmaq və hamını özünə baxmağa məcbur etmək", - deyə Merkel etiraf edib.

Açıq imtinaya baxmayaraq, Tramp daha sonra, kameralar onların ünsiyyətini qeyd etmədiyi zaman onunla əl sıxışıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru