SEPAH: İrana təcavüz İsrailin məhvini sürətləndirəcək

6-07-2025, 12:44           
SEPAH: İrana təcavüz İsrailin məhvini sürətləndirəcək
İrana qarşı hər hansı təcavüz İsrailin məhvini sürətləndirəcək.

Teleqraf xəbər verir ki, bu bəyanatla İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) çıxış edib.

“İsrail və onun himayədarları bilməlidirlər ki, onlar nəinki keçmiş cinayətlərinə görə cavab verməli olacaq, həm də hər hansı təcavüz və xəyanət bu saxta rejimin məhvini sürətləndirəcək", - 1982-ci ildə Livanda general Hacı Əhməd Mütəvəssəlian və digər İran diplomatlarının oğurlanmasının 42-ci ildönümü münasibətilə yayılan bəyanatda deyilir.

Xatırladaq ki, Tehranın Beyrutdakı səfirliyinin hərbi attaşesi Əhməd Mütəvəssəlian, İranın Livandakı müvəqqəti işlər vəkili Möhsün Musəvi, səfirliyin əməkdaşı Təqi Rastegar Müqəddəm və İran İslam Respublikası İnformasiya Agentliyinin (İRNA) fotoqrafı Kazım Əxəvan 1982-ci il iyulun 4-də oğurlanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru