Aİ avqustun 1-dək tariflər üzrə ABŞ ilə prinsipial razılığa gələcəyinə ümid edir

Bu gün, 07:24           
Aİ avqustun 1-dək tariflər üzrə ABŞ ilə prinsipial razılığa gələcəyinə ümid edir
Avropa İttifaqı (Aİ) hələ də ABŞ tərəfinin təyin etdiyi 1 avqust tarixinə qədər tarif mübahisələrinin həlli ilə bağlı Amerika ilə prinsipial razılığa gələcəyinə ümid edir.

“Report”un Avropa bürosunun verdiyi məlumata görə, bunu məsələnin yüksək həssaslığına görə təfərrüatlara varmaqdan imtina edən Aİ-nin sözçüsü Olof Cill bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının texniki qrupları işlərini davam etdirmək üçün artıq Vaşinqtona yollanır. Bundan əlavə, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç dünən ABŞ-nin ticarət naziri Hovard Lutniklə telefon danışıqları aparıb, bu gün isə ABŞ-nin ticarət nümayəndəsi Cemison Qrir ilə danışıqlar aparılacaq.

Danışıqlar dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət əlaqələrində artan gərginlik fonunda keçirilir.

Avropa Komissiyasının hazırladığı əks tədbirlərin ikinci siyahısına gəlincə, o, maraqlı tərəflər və sənaye nümayəndələri ilə dörd həftəlik məsləhətləşmələrdən sonra dünən üzv dövlətlərə təhvil verilib.

Cill qeyd edib ki, danışıqların davam etdiyi bir vaxtda onlar avqustun 1-dən əvvəl hər hansı əks tədbir görmək niyyətində deyillər. “Danışıqların yaxşı nəticəyə gətirib çıxara biləcəyinə inanmasaydıq, danışıqlarda iştirak etməzdik. Aydındır ki, biz prinsipial razılaşmanın əldə edilə biləcəyinə inanırıq”, - o deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru