“Əgər Rusiya Ukraynanı, yoxsa Qafqazı qorumaq arasında seçim qarşısında qalacaqsa, diqqətini Ukraynaya yönəldəcək”.
Tribunainfo.az xəbər verir ki, bunu erməni ekspert Arman Qriqoryan deyib.
O bildirib ki, hal hazırda Ukrayna Rusiya üçün Qafqazdan daha önəmlidir.
Qriqoryan daha sonra deyib ki, Ermənistan Rusiyanın başı üzərindən hərəkət edib. “Ermənistan Rusiyanın başı üzərindən Qarabağın Azərbaycanın bir hissəsi kimi tanıyıb. Rusiya tərəfinin isə həm Qarabağ məsələsi, həm də Ermənistan-Azərbaycan danışıqları baxımından çoxsaylı üstünlükləri var idi”.