Putin Azərbaycan diasporasına qarşı Mironovu görəvləndirib
Dünən, 16:46

Dövlət Dumasının deputatı, Putinə yaxın adamlarından biri,“Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvala məhz onun xahişi ilə saxlanılıb.
Mironov həmçinin bildirib ki, müraciətinin əsas mövzusunun - bütün Azərbaycan diasporunun, o cümlədən Moskvanın ən böyük "Sadovod" və "Food City" bazarlarının (azərbaycan əsilli rusiyalı milyarder Qod Nisanova məxsusdur) yoxlanışının nəticələrini gözləyir.
Dünən Yekaterinburq məhkəməsi şəhərdəki Azərbaycan diasporunun rəhbərinin oğlu və vəkil Mütvala Şıxlinskini sentyabrın 14-dək həbs edib.
O, Mercedes-Benz G-Class (Gelendvagen) markalı avtomobillə xüsusi təyinatlı əsgəri vurmaqda ittiham olunur. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə saxlanılıb.
Rusiyanın E1 nəşri xəbər verir ki, bir gün əvvəl Moskvada Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.
Azadlıq Qəzeti
TEREF