ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Szinpin sentyabrın əvvəlində Pekində görüşə bilərlər.
TEREF Teleqraf-a istinadən xəbər verir ki, mümkün görüş sentyabrın 3-də Tiananmen meydanında keçiriləcək parad çərçivəsində baş tuta bilər. Həmin gün Çin İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etməyi planlaşdırır.
“Tayms” nəşri qeyd edir ki, Trampın bu tədbirdə iştirakı ilə bağlı Çin ictimaiyyətində çağırışlar səslənməyə başlayıb. Tanınmış Çin siyasi şərhçisi Jin Canrong bildirib:
“Əgər Prezident Tramp 3 sentyabr paradında iştirak etsə, bu, dünyaya güclü müsbət mesaj olar. Çin, Rusiya və ABŞ liderlərinin birlikdə görünməsi Çinin ən güclü sülh çağırışı ola bilər”.
Bildirilir ki, Vladimir Putin artıq avqustun sonu, sentyabrın əvvəlində Çinə səfər etməyi planlaşdırır və səfər çərçivəsində bir sıra rəsmi tədbirlərdə iştirak edəcək.