Tramp ən uğursuz qərarlarından birini açıqladı

Bu gün, 09:47           
Tramp ən uğursuz qərarlarından birini açıqladı
ABŞ Prezidenti Donald Tramp Cerom Pauellin Federal Ehtiyatlar Sisteminin rəhbəri təyin edilməsini özünün ən uğursuz qərarlarından biri hesab edib.

O, bu barədə "Truth Social" platformasında yazıb.

O qeyd edib ki, Pauellin rəhbərlik etdiyi Federal Ehtiyatlar Sistemi yüksək faizlə "mənzil bazarını boğur".

Ağ Evin rəhbəri vurğulayıb ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden Pauellin "nə qədər pis" olduğunu görürdü, lakin yenə də onu vəzifədə təsdiqləyib.

Donald Tramp dəfələrlə Pauelli faiz dərəcələrinin yavaş templə endirilməsinə görə tənqid edib və onun işdən çıxarılmasının mümkünlüyündən danışıb. Lakin ekspertlərin qiymətləndirmələrinə görə, bu cür dəyişikliklər hökumətin monetar siyasətinə və Federal Ehtiyatlar Sisteminin müstəqilliyinə olan inama mənfi təsir göstərə bilər. Belə bir qərarın qlobal iqtisadiyyatı çökdürə biləcəyi də bildirilib. Nəticədə Tramp Pauelli vəzifəsindən azad etmək fikrində olmadığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru