Ukraynada müharibə bu 3 səbəbə görə tez bitməyəcək

Bu gün, 10:26           
Ukraynada müharibə bu 3 səbəbə görə tez bitməyəcək
Hələlik Ukraynada genişmiqyaslı müharibənin tezliklə bitəcəyinə dair heç bir əlamət yoxdur. Üstəlik, böyük ehtimalla 2025-ci ildən sonra da davam edəcək.

Bunu “Madyar” ləqəbli ukraynalı komandir Robert Brovdi deyib.

"Biz nə sabah, nə də bu il müharibənin sonunu görmürük. Biz praqmatik olaraq gələcəyimizi hesablayırıq və ən böyük təhlükələri görürük", - Brovdi bildirib.

Brovdi hesab edir ki, əsas təhlükələr çox sayda rus işğalçıları, Ukraynaya hücum dronlarının kütləvi hücumları, eləcə də səfərbərlik resurslarının məhdudluğudur.

"Birincisi, Putin bizim məhv edə biləcəyimizdən daha çox piyada göndərir. İkincisi, o, əhalini qorxutmaq və infrastrukturu dağıtmaq üçün ucuz və təsirli silah - "Şahid"lər alıb. Üçüncüsü, Ukraynada döyüşmək istəyən hər kəs artıq döyüşür”, - o qeyd edib.


Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru