Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: - Viza rejimi tətbiq edilsin

Bu gün, 17:29           
Rusiyadan Azərbaycanla bağlı daha bir hədələyici çağırış: -
Rusiya İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanov Azərbaycanla viza rejiminin tətbiqinə çağırıb.

Publika.az xəbər verir ki, Kabanovun fikrincə, Rusiya Azərbaycana qarşı daha qətiyyətli addımlar atmalıdır.

Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü fikrini belə bölüşüb: "Biz onların biləklərinə dərhal sərt bir yumruq vurmalıyıq ki, irəli getmək üçün başqa istəkləri olmasın".

Xatırladaq ki, III Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Yelena Kurbanova İlham Əliyevə Ukrayna Silahlı Qüvvələrinin qol şevronlarının kolleksiyasını hədiyyə edib və bu da rusları qəzəbləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru