Yunanıstanın başı DƏRDDƏ

Bu gün, 00:15           
Yunanıstanın başı DƏRDDƏ
Liviya Milli Razılıq Hökumətinin Birləşmiş Millətlər Təşkilatına (BMT) 23 gün ərzində iki ayrı yazılı nota təqdim edərək Yunanıstanı şikayət etməsi Afinada həm qəzəb, həm də növbəti addımın nə olacağı ilə bağlı ciddi narahatlıq yaradıb.

BMT-yə təqdim edilən notalarda Liviya 27 noyabr 2019-cu ildə Türkiyə ilə imzaladığı dəniz səlahiyyət sərhədlərinin müəyyən edilməsinə dair memorandumuna sadiqliyini vurğulayıb.

Adaların şelf hüququnun olmadığını, Yunanıstan ilə Misir arasında 2020-ci ildə imzalanan anlaşmanı keçərsiz saydığını bildirib, əlavə olaraq öz şelf ərazisində karbohidrogen axtarışı və qazma işləri üçün tender elan etdiyi üçün Yunanıstandan şikayətçi olduğunu qeyd edib. Bu vəziyyət yunan diplomatiyasında böyük baş ağrısına çevrilib.

Yunanıstan mediasına görə, Afina Liviyanın bu addımlarına qarşı Misirin dəstəyini gözləyir. Qahirədən gələcək dəstək bəyanatının olduqca vacibliyi bildirilir. Digər bir ümid isə ABŞ-dir.

Yunanıstanın Türkiyə-Liviya memorandum xəritəsində Liviyaya aid olan bölgədəki iki sahədə birtərəfli icazə vermək üçün açdığı tenderi, məsələn Chevron kimi böyük bir Amerika şirkəti qazandığı təqdirdə, həm Liviya, həm də Türkiyənin müdaxilədən çəkinəcəyi ehtimal olunur. Tender üçün müraciət müddəti sentyabr ayının ortasında başa çatır. \\Cebheinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru