“PUTİN, SƏNİN NÖVBƏN ÇATIR..." - “Tramp bu oyundan yorulub”

Bu gün, 11:18           
“PUTİN, SƏNİN NÖVBƏN ÇATIR..." -
ABŞ senatoru Lindsi Qrem Vladimir Putini Donald Trampın şərtlərinə əməl etməsə və Ukrayna məsələsində kompromislə razılaşmasa, ciddi nəticələrlə hədələyib.

“Fox News”-a açıqlama verən senator deyib: “Putin, sənin növbən çatır, Donald Tramp Amerika siyasətinin və xarici diplomatiyasının Skotti Şeffleridir(amerikalı məşhur qolf oyunçusu-red.) və o, sənə yaxşı zərbə vuracaq”.

O vurğulayıb ki, Tramp Rusiya neftini alan ölkələrə - Çin, Hindistan və Braziliyaya tariflər tətbiq etmək niyyətindədir. Senator qeyd edib ki, bu üç ölkə ucuz Rusiya neftinin təxminən 80%-ni alır və Rusiya hərbi maşınına dəstək verir.

“Mən Çin, Hindistan və Braziliyaya nə deyərdim: ucuz rus neftini almağa davam etsəniz sizə böyük tariflər tətbiq edəcəyik və iqtisadiyyatınızı məhv edəcəyik”, - Qrem deyib.

Senator əlavə edib ki, "Tramp bu oyundan yorulub”: “Mən Putinin yerində olsaydım, mümkün qədər tez danışıqlar masasına əyləşərdim".

Bundan əvvəl Kreml Putinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə doğru irəliləməyə hazır olduğunu bildirib. Bununla belə, Moskva yenə əvvəlki, reallaşması mümkün olmayan absurd tələblərini təkrarlayır. \\AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru