Həbsdəki arxiyepiskop “səhnəyə” qayıdır - NƏ BAŞ VERİR?
Dünən, 17:48
Səlahiyyətləri dayandırılmış Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan (Vazgen Qalstanyan) yenidən səhnəyə ayıdr.
O, təhqir və böhtan nəticəsində dəymiş mənəvi zərərin ödənilməsini tələb edərək, siyasi xadimlərə qarşı məhkəmə iddiası qaldırıb.
“Cebheinfo.az” bu barədə “Hetq”-ə istinadən xəbər verir.
O, “Vətəndaş Müqaviləsi” Partiyasının üzvü, Milli Assambleyanın deputatı Vaaqn Aleksanyandan təxminən 6 milyon dram, o cümlədən səhiyyə naziri Anahit Avanesyandan, Respublika Partiyasının lideri Aram Sarkisyandan, Ağsaqqallar Şurasının üzvü Ani Xaçatryandan, Milli Assambleyanın sabiq deputatı Styopa Səfəryandan və politoloq Harutyun Mkrtçyandan da təzminat tələb edir.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan barəsində 2025-ci il iyunun 26-da 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, terror aktı hazırlamaqda, kütləvi iğtişaşlar törətməkdə və hakimiyyəti ələ keçirməkdə ittiham olunur.