Kreml cini buraxdı: Bakının bombalanmasından danışan Z-lər…

Dünən, 17:32           
Kreml cini buraxdı: Bakının bombalanmasından danışan Z-lər…
Kreml sahibi Vladimir Putin cini şüşədən çıxardıb, Ukraynaya qarşı işğalçı müharibə zamanı Rusiyada təxribatçı kəsim formalaşdırıb, onlar özlərinə “Z-blogerlər” deyirlər. Bu adın müəllifi Putinin özüdür. Xatırlayırsınızsa, Ukrayna ərazisinə daxil olan hərbi texnikaların üzərində “Z” işarəsi yazılmışdı. Kənar müşahidəçilər bunun mənasının nə olduğunu anlaya bilmirdi. Bu, Putinin “icadı” idi, işğala bir ad qoyulmalıydı, o da “Z” hərfini seçib.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirdikcə, şovinist blogerlər birliyi formalaşdı:

“Kremlin media sahəsinə cavabdeh olanlar “Z-blogerlər” vasitəsilə Rusiyada milli, əslində şovinist ruhu gücləndirməyə çalışırdı. Ancaq bir müddətdən sonra “Z-blogerlər” nəzarətdən çıxdılar və onlar şovinist əhval-ruhiyyədə Kremli üstələməyə başladılar. Misal üçün Rusiya rəsmiləri hər hansı məsələni diplomatik dillə izah etməyə çalışırlarsa, “Z- blogerlər” düşmən elan etdiklərini söyüş dili ilə hədələyirlər. İndi bu kütlə Azərbaycanın üstünə tökülüşüb, Prezident İlham Əliyevi düşmən elan ediblər. “Z-blogerlər” Azərbaycana qarşı ikinci cəbhənin açılması vacibliyindən, Bakının bombalanmasından, azərbaycanlıların Rusiyadan kütləvi şəkildə qovulmasından yazır və Kremldən təcili tədbirlər tələb edirlər. Bunlara “başdanxarablar” deyib fikir verməmək də olar. Ancaq Putinin Ukraynaya qarşı başlatdığı işğalçı müharibə fonunda Rusiya cəmiyyətinin bir hissəsi də “Z-blogerlər” kimi düşünür. Əks halda bu şovinist kəsim Rusiya sosial media seqmentini ələ keçirməzdi. Kreml özünün formalaşmasında iştirak etdiyi bu təxribatçı kəsimin girovuna çevrilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru