Rusiya Aİ-nin yeni sanksiyalar paketinə qarşı bu tədbiri gördü

Bu gün, 00:09           
Rusiya Aİ-nin yeni sanksiyalar paketinə qarşı bu tədbiri gördü
Rusiya Avropa İttifaqının sanksiyalarına cavab olaraq, Avropa institutlarının və təşkilata üzv ölkələrin Rusiyaya girişi qadağan olunmuş nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Aİ-nin Rusiyaya qarşı düşmənçilik fəaliyyəti rəsmi Moskvanın siyasətinə heç bir təsir göstərə bilməz. Rusiya öz milli maraqlarını müdafiə etmək və yeni ədalətli dünya nizamını qorumaq kursunu davam etdirəcək. Aİ-nin sonrakı sanksiya qərarları da vaxtında və adekvat cavab alacaq”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru