“Ukrayna güzəştə hazırdır, ancaq…” – İstanbul danışıqlarının TƏFƏRRÜATI
Bu gün, 00:15
“Ukrayna Rusiyaya böyük güzəştlərə getməyə hazırdır”.
Referans xəbər verir ki, bu barədə “Reuters” məlumat dərc edib.
“Ukrayna nümayəndə heyəti sülh və tam atəşkəs istiqamətində mühüm addımlar atmağa hazırdır. Ancaq Rusiyanın hansı mövqedən çıxış edəcəyi hələlik məlum deyil. Kiyev danışıqlarda irəliləyiş üçün əsas şərt kimi Ukrayna prezidenti Zelenski ilə Vladimir Putin arasında görüşü irəli sürür”, – KİV vurğulayıb.
Bu arada Rusiya mətbuatı görüşə ilk olaraq Türkiyə nümayəndələrinin gəldiyini yazıb.
Ukrayna nümayəndə heyəti danışıqlarda Zelenski, Putin, Donald Tramp və Ərdoğanın görüşünü müzakirə edib. Bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
“Biz prezidentlər səviyyəsində müharibəni dayandırmaq üçün real danışıqlara keçmək zərurətindən danışdıq”, – Yermak vurğulayıb./globalinfo.az