Ukrayna kəşfiyyatı ölkədəki etiraz aksiyalarında Rusiya izini tapdı

Dünən, 09:44           
Ukrayna kəşfiyyatı ölkədəki etiraz aksiyalarında Rusiya izini tapdı
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ölkədə antikorrupsiya qurumlarının səlahiyyətlərinin məhdudlaşdırılmasına qarşı keçirilən etiraz aksiyalarında Rusiyanın izlərinin aşkarlandığını açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə qurumun teleqram kanalında yayımlanan məlumatda bildirilib.
Qeyd olunub ki, Moskva bu aksiyalardan istifadə edərək, Ukraynada vəziyyəti daha da gərginləşdirməyə çalışır.
Məlumata görə, Rusiya bu etirazları Ukraynanı beynəlxalq aləmdə nüfuzdan salmaq və Qərbin dəstəyini zəiflətmək üçün bir fürsət kimi dəyərləndirir.
"Rusiya Qərbin dəstəyini zəiflətmək və ya məhv etmək üçün Ukraynanı dünyada nüfuzdan salmaq niyyətindədir. Ukraynanın daxilində ictimai narazılıqdan istifadə etməklə vəziyyəti maksimum dərəcədə gərginləşdirməyə çalışır", - deyə kəşfiyyat idarəsinin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda Ali Rada tərəfindən qəbul edilmiş və ölkənin əsas antikorrupsiya qurumları – Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğun (SAPO) səlahiyyətlərinin azaldılmasını nəzərdə tutan qanunu imzalayıb. Sözügedən qanunun imzalanmasından sonra Kiyev, Dnepr, Odessa və Lvov şəhərlərində genişmiqyaslı etiraz aksiyaları baş qaldırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru