İsrail və Suriya son 25 ildə ilk dəfə yüksəksəviyyəli danışıqlar aparıblar

Dünən, 09:20           
İsrail və Suriya son 25 ildə ilk dəfə yüksəksəviyyəli danışıqlar aparıblar
İsrail və Suriya nazirləri son 25 ildə ilk yüksəksəviyyəli danışıqlarını keçiriblər. Görüş Parisdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə baş tutub.

Bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani iştirak ediblər.

Dörd saat davam edən görüşdə ölkələr arasında gərginliyin azaldılması müzakirə olunub. İsrail mənbələri "Axios"a bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçiriblər. Portal iddia edir ki, Paris danışıqları ölkələr arasında etimadı gücləndirmək üçün ilk addım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru