Putinlə Merkel telefonda nədən danışdı?

14-12-2016, 10:24           
Putinlə Merkel telefonda nədən danışdı?
Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Gununsesi.info-nun “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin saytı məlumat yayıb.
Məlumata görə, Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Avropa istehlakçılarına tədarükünü müzakirə ediblər.
Putin qeyd edib ki, Ukrayna Rusiyadan qaz tədarükünə dair məsələni razılaşdırmaqdan boyun qaçırır, bu da Avropaya qaz tədarükünə təhlükə yaradır.
Bundan başqa, Putin Merkeli beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın addımları və Suriyaya göndərilən humanitar yardımlar barədə məlumatlandırıb.
Qeyd edək ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru