ABŞ-dan Rusiyaya açıq mesaj:"Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz"

15-12-2016, 20:58           

"Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Lakin istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin".

Bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, istənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir.

"Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək", – deyə xüsusi elçi qeyd edib.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru