QALMAQALLI SƏFİR GERİ ÇAĞRILDI

17-12-2016, 09:42           
QALMAQALLI SƏFİR GERİ ÇAĞRILDI
Prezident İlham Əliyevin sərəncamları ilə növbəti bir neçə səfir vəzifələrindən geri çağrılıblar. Azərbaycanın Gürcüstan, Braziliya və Niderlanddakı səfirləri Azər Hüseyn, Elnur Sultanov və Mir Həmzə Əfəndiyevlə yanaşı Avstraliyadakı səfir Rövşən Cəmşidov da vəzifəsindən azad olunub.

Xatırladaq ki, Azırbaycanın Avstraliyadakı səfiri R.Cəmşidov və səfirliyin mühasibi Araz Xasıyevin səfirlikdə saxta katibə ştatı açaraq büdcə vəsaitini mənimsəmələri, Avstraliyada qanunsuz içki və siqaret biznesi və diər korrupsiya faktları haqqında Azərbaycan və Avstraliya mətbuatında yazılar dərc olunub. Hətta səfir R.Cəmşidovun buna görə Avstraliya xarici işlər nazirliyinə çağrılaraq ona narazılıq bildirilidiyi barədə də xəbərlər yayılıb.

Diqqət çəkən məqam ondadır ki, Cəmşidov və digər səfirlərin geri çağrılması son zamanlar mətbuatda iqtisadi böhran səbəbindən səfirliklərin bağlanması ilə əlaqədar xəbərlərin getməsi ilə eyni vaxtda baş verir. Hakimiyyət nümayəndələri açıq etiraf etməsələr də səfirlərin əksəriyyətinin böyük vəsait və maaş almalarına baxmayaraq Azərbaycanın mənafeləri üçün əhəmiyyətli bir iş görməmələri, üstəlik korrupsiyaya və digər qanunsuz əməllərə qurşanaraq dövləti nüfuzdan salmaları onları tədbir görməyə vadar edir.

Qeyd edilir ki, diplomatik xidmət haqqında qanuna görə səfirin iş müddəti minimum 5 ildir, lakin Cəmşidov cəmi 3 il səfir qaldıqdan sonra geri çağrılıb.

Diplomatik mənbələrdən blogspot.news-a bildirilib ki, əsasən sovet dövründə yaşayaraq müxtəlif bürokratik vəzifələr tutmuş və qohumluq əlaqələri və digər səbəblərdən səfir göndərilmiş şəxslərin geri çağrılması müsbət addım olsa da təkcə bununla Azərbaycanın xarici siyasət idarəsində hökm sürən qeyri-sağlam vəziyyəti dəyişmək mümkün olmayacaq. Onlar hesab edir ki, xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla prinsipsiz, xaraktersiz, ədalət və başqa mənəvi keyfiyyətlərdən məhrum XİN rəhbərliyi də kənarlaşdırılmayınca bu sahədə hansısa islahat cəhdləri əbəsdir.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.