Filippin lideri ABŞ hərbi qüvvələrini ölkəsinitərk etməyə çağırıb
18-12-2016, 19:28
Filippin prezidenti Rodriqo Duterte ABŞ hərbi qüvvələrini ölkəsini tərk etməyə çağırıb.
NHK televiziya kanalının yaydığı məlumata görə, dekabrın 17-də jurnalistlər qarşısında çıxış edən Filippin Prezidenti bildirib ki, ölkəsinin ABŞ-a ehtiyacı yoxdur. Prezident deyib ki, Filippin həmişə Çindən və ya digər ölkədən dəstək ala bilər. O, ABŞ hərbi qüvvələrinə Filippində qalmaq səlahiyyəti verən paktı cıracağını vurğulayıb.
ABŞ hökuməti tərəfindən təsis olunan “Millenium Challenge Corporation” şirkəti Filippində insan hüquqları məsələsində yaranan narahatlığa görə bu ölkəyə yardım zərfini dayandırdıqdan sonra R.Duterte belə bir bəyanatla çıxış edib(azərtac).