Almaniya terrora görə miqrantlara qarşı qanunu sərtləşdirir

24-12-2016, 10:05           

Berlində törədilən terror aktından sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.

“Xüsusi xidmət orqanları ilə yanaşı daxili işlər və ədliyyə nazirlərinə tapşırmışam ki, bu hadisə təfərrüatlarınadək araşdırılsın və nəticələr barədə mənə məlumat verilsin”, deyə A.Merkel bildirib.

O qeyd edib ki, qanunvericiliyə dəyişikliklərin edilməsi və təhlükəsizliyin gücləndirilməsi üçün bütün lazımı addımlar atılacaq.

Xatırladaq ki, dekabrın 19-da Berlində baş verən terror aktının törədilməsində şübhəli bilinən Tunis vətəndaşı Anis Amri İtaliyanın Milan şəhərində atışma zamanı məhv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.