Astan Şahverdiyevlə bağlı qərar veriləcək - 3 gün sonra

27-12-2016, 13:27           
Astan Şahverdiyevlə bağlı qərar veriləcək - 3 gün sonra
Dekabrın 30-da Rusiya bazarlarında işləyən azərbaycanlıları "otxod" adlandıran deputat Astan Şahverdiyevlə bağlı qərar veriləcək.

Bunu AzNews.az-a açıqlamasaında Milli Məclisin İltizam Komissiyasının sədri Ağacan Əbiyev bildirib. Onun sözlərinə görə, dekabrın 30-da Milli Məclisin iclası keçiriləcək:

"Həmin günü mən komissiyanın deputatları ilə görüşəcəm. Astan Şahverdiyevin məsələsi ilə bağlı onlarla danışacam. Hər halda, komissiyanın digər deputatlarının fikri də önəmlidir".

Ağacan Əbiyev qeyd edib ki, Astan Şahverdiyevin məsələsinin Milli Məclisin son iclasında müzakirə olunub-olunmayacağı ilə bağlı hər hansı fikir demək tezdir: "Dekabrın 30-da biləcəksiniz."

Bəs, Milli Məclisin İltizam Komissiyasının Astan Şahverdiyevlə bağlı qərarı nə ola bilər?

Milli Məclisin deputatı Fazil Mustafa AzNews.az-a açıqlamasında bildirib ki, İltizam Komissiyasıın nizamnaməsində ancaq töhmətin verilməsi nəzərdə tutulur:

"İltizam Komissiyasının ancaq bu səlahiyyəti var. Yaxud da müzakirə edib sonda heç bir qərar verilməyə də bilər."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru