5 rayon qaytarılır, Qarabağ... – Ter-Petrosyan əsəbiləşib SİRLƏRİ AÇDI
28-12-2016, 19:50
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan dekabrın 17-də qurultaydakı çıxışını tənqid edənlərə cavab olaraq bəyanatla çıxış edib.
Petrosyan onu tənqid edənlərə cavab olaraq qeyd edib ki, onun Dağlıq Qarabağla bağlı dediyi məsələ hazırda prezident Serj Sarkisyanın apardığı danışıqlarda masanın üzərindəki mərhələli həll variantıdır.
"Belə çıxır ki, məni xəyanətdə ittiham edənlər əslində özlərini ittiham edirlər”, - deyə o bildirib.
Petrosyan danışıqlar masasındakı proqramın detallarını açıqlayıb:
"Birinci mərhələdə Ermənistan Kəlbəcər və Laçından başqa, yerdə qalan beş rayonu Azərbaycana qaytarır. İkinci mərhələdə Qarabağa sülhməramlılar yerləşdirilir. Üçüncü mərhələdə Qarabağın aralıq statusu müəyyən edilir. Dördüncü mərhələdə Ermənistanın blokadası aradan götürülür, Türkiyə ilə sərhəd açılır, Azərbaycanla kommunikasiyalar qurulur. Beşinci mərhələdə Qarabağın son statusu həll olunur. Altıncı mərhələdə Laçın dəhlizindən başqa, yerdə qalan iki rayon da Azərbaycana qaytarılır”.
Petrosyan qeyd edib ki, 2007-ci ildən indiyə qədər Ermənistan hakimiyyəti bu variantlar üzərində aparılan danışıqlarda iştirak edir.
O, bu variantın həyata keçirilməsini özünü də dəstəklədiyini qeyd edib.
"Çünki münaqişənin uzanmasından ən çox zərəri Ermənistan və erməni xalqı çəkir. Əgər həll olunmasa, növbəti dəfə Ermənistan üçün daha pis nəticələr yarana bilər”, - deyə o diqqətə çatdırıb.//publika.az