Yarmarka qarşıdurması Hacıbala Abutalıbovu BİTİRƏ BİLƏR

29-12-2016, 00:00           

Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən mətbuata şəhərdə açılması nəzərə tutulan yeni il yarmarkaları ilə bağlı açıqlama verilib. Departamentdən bildirilib ki, paytaxtda yeni il yarmarkaları üçün hazırlanan çadırların fəaliyyətinə görə, Fövqəladə Hallar Nazirliyindən icazə alınmayacaq.

Hacıbala Abutalıbovla Fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında gərginlik açıq müstəviyə 2014-cü ildə Binəqədidə 16 nəfərin ölümüylə nəticələnən yanğından sonra keçdi.Həmin vaxt Bakı meriyasının yetkililəri və merin özü faciəni FHN-nin xilasedici heyətinin hadisə yerinə gec gəlməsinə və qeyri-peşəkar davranışına bağladı. Hətta açıqlamasında ad da çəkdi dedi ki, faciədə məsuliyyət daşıyan tərəf Kəmaləddin Heydərov da olsa cavab verəcək. Bu həmin vaxt idi ki, ağır faciəyə görə, Hacıbala Abutalıbovun həbsi tələb olunurdu. Mer çaşbaş idi və məsuliyyətdən yaxa qurtarmaq üçün faciəyə hansısa don geyindirib, üzərindən kənara atmaq istəyirdi.

Qarşıdurmanın səbəbi nədir?

Fövqalnazirlə merin arasındakı ədavətin səbəbi tamam başqadır.Bu, paytaxtda həyata keçirilən tikinti işləriylə əlaqədardır.Belə ki, Hacıbala Abutalıbov mümkün vasitələrdən, əlaqələrdən istifadə edərək Kəmaləddin Heydərova yaxın tikinti şirkətlərinin bu sektorda fəaliyyət göstərməsinə mane olmağa çalışır. Bu şirkətlərn tikinti sektorunda fəaliyyəti üçün yer imkanı verməyən Abutalıbov digər yandan hər il bayramqabağı yarmarkalar üçün FHN tərəfindən paylanılan təhlükəsiz çadırları da öz monopoliyasına almağa israrlıdır. Gələn məlumatlara görə, Abutalıbov Heydərovun paytaxtdakı manevrlərini məhdudlaşdırmaq üçün Bakı rayonlarının icra başçılarına göstərişlər də verib. Son zamanlarda fövqalnazirə yaxın şirkətlərin tkinti sektorunda az görünməsi də bununla əlaqələndirilir.

Meri bitirəcək “qılınc”

Bakı merinin təkcə Kəmaləddin Heydərovla yox, hakimiyyətdə təmsil olunan bir sıra ən yüksək rütbəli məmurlar və nazirlərlə konfliktləri var. Problemlərin kökündə yenə də Bakıda torpaqların bölüşdürülməsi məsələsi dayanır.Paytaxtdakı torpaqların alqı-satqı işlərinin onun ixtiyarında olduğunu əsas gətirən mer onların biznes fəaliyyətlərinə mane olur.Buna görə də məmurlar və deputatlar Abutalıbovla münasibətlərini isti saxlamağa çalışırlar.Lakin hakimiyyətin yuxarı dairələri ilə münasibətlərinin kəskinləşməsi, açıq müstəviyə keçməsi merin sonuna çıxa bilər. Belə ki, 2017-ci ilin ilk üç ayında hakimiyyətin qəbul etdiyi “Yol xəritəsi”nə adekvat olaraq, yaş senzinə görə, Hacıbala Abutalıbov komandadan kənarda qala bilər. Gələn məlumatlara görə, iqtidar 70 yaş və yuxarı olan məmurları istefaya göndərməyə hazırlaşır.Hacıbala Abutalıbovun da 78 yaşının olduğunu nəzərə alsaq, hakimiyyətin “islahat qılıncı” yaşlı meri bitirəcək.
(Cebhe.info)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.