Hizbullahdan şok: "Rusiya bizdən oğurladı, geri çəkilirik..."

8-01-2017, 13:16           

Hizbullahçı şəxs ərəb kanallarından birində təşkilatın Rusiya ilə bağlı narahatlığını və mövqeyini açıqlayıb.

Axar.az xəbər verir ki, adı açıqlanmayan Hizbullah üzvü çoxlu suriyalı öldürdüklərini, ancaq Livana geri dönmək məcburiyyətində qaldıqlarını bildirib.

"Rusiya Suriyanı bizdən oğurladı. Artıq Suriyada qalıb savaşa bilmərik. Suriya artıq Rusiyanındır. İsraildəki torpaqları azad edəcəyik", - Hizbullah üzvü qeyd edib.

Kim olduğu və adı məlum olmayan hizbullahçı Suriyadan bezdiklərini, artıq Suriyada əsas güc olmadıqlarını da sözlərinə əlavə edib.

"Suriya artıq Rusiya və İranındır. Suriya ordusu deyə bir şey yoxdur. Suriya ordusunda vuruşanlar hizbullahçılardır. Həmçinin əfqan Fatimiyun briqadası, Həşdi Şabi və İran İslam İnqilab Keşikçiləridir", - Hizbullah üzvü söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru