Mehman Hüseynovun müdafiəsilə bağlı qalmaqal

5-03-2017, 02:04           
Mehman Hüseynovun müdafiəsilə bağlı qalmaqal
Elçin Sadıqov başqa vəkillərin müdafiə prosesinə qoşulmasını istəmir

Martın 4-də tanınmış blogger Mehman Hüseynovun həbsi ilə bağlı mətbuat konfransında məlumat verildi ki, onun müdafiəsinə daha iki vəkil qoşulur. Məhkəmədə Mehman Hüseynovun vəkili yalnız Elçin Sadıqov idisə, bundan sonra Nemət Kərimli və Yalçın İmanov da bloggerin hüquqlarını müdafiə edəcək. Hətta Nemət Kərimli özü də müzakirələrdə iştirak edərək, məsələnin hüquqi tərəfləri haqda danışdı.
İndi isə məlum olur ki, İmanov və Kərimlinin bloggerin müdafiəsinə qoşulması sual altındadı. Çünki Mehman Hüseynovun digər vəkili Elçin Sadıqov buna etiraz edir. Məlumata görə, tədbirdən sonra Elçin Sadıqov həm Yalçın İmanov, həm də Nemət Kərimliyə zəng edərək, onları Mehman Hüseynovun müdafiəsinə qoşulmamağa çağırıb. Səbəbini də belə izah edib ki, özü təkbaşına işin öhdəsindən gələ bilər.
Xəbəri dəqiqləşdirmək üçün Yalçın İmanova müraciət etdik. Müdafiəçi həqiqətən həmkarı Elçin Sadıqovun ona zəng etdiyini və bu məzmunda danışdığını təsdiqlədi: “Doğrusu, bunun səbəbini anlamadım”.
Vəkil Nemət Kərimli də ona Elçin Sadıqovdan bu məzmunda zəng gəldiyini təsdiqləyib.
Onu da qeyd edək ki, Mehman Hüseynovun həbsi ilə bağlı müzakirələrdə qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov onun müdafiəsinə daha çox vəkilin qoşulmasını istəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru