Obama Trampın telefonuna qulaq asırmış

5-03-2017, 08:55           

ABŞ-ın keçmiş prezidenti Barak Obama Donald Trampın Ağ evin başçısı postuna seçilməsindən öncə Nyu-Yorkda yerləşən “Trump Tower” göydələninin dinlənilməsini təşkil edib. Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb.

teref.az TASS-a istinadən xəbər verir ki, Tramp bu hərəkətin öz alçaqlığına görə “Uoterqeyt qalmaqalına” bərabər olduğunu əlavə edib.

ABŞ-da 1972-ci ildə keçirilən prezident seçkiləri kampaniyası zamanı Demokrat Partiyasının həmin dövrdə “Watergate” yaşayış kompleksində yerləşən mərkəzi ofisində dinləmə qurğusu quraşdırmağa cəhd edən şəxslər həbs olunmuşdu. Bu siyasi qalmaqal 1974-cü ildə Birləşmiş Ştatların prezidenti Riçard Niksonun istefası ilə nəticələnmişdi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru