AB Türkiyəyə üzvlüklə bağlı bəzi maliyyə yardımlarını dayandırdı

12-03-2017, 10:19           
AB Türkiyəyə üzvlüklə bağlı bəzi maliyyə yardımlarını dayandırdı
AB Komissiyasının üzvü Hahn inkişaf gedən sahələrdə Türkiyəyə verilən maliyyə yardımlarının dayandırıldığını söyləyib. Hahn Türkiyənin Avropadan uzaqlaşdığını dilə gətirib.

Avropa Birliyi (AB) hər hansı inkişaf qeydə alınan sahələrdə Türkiyəyə tam üzvlük müzakirələri çərçivəsində verilən maliyyə yardımlarını dayandırıb. AB Komissiyasının Qonşuluq Siyasəti və genişlənməyə məsul komissarı Johannes Hahn hüquq dövləti kimi inkişaf təmin edilən sahələrdə də yardımın dayandırıldığını bildirib. Hahn bu yardımların qəti şərtlərə bağlı olduğunu və bu şərtlərin yerinə yetirilib-yetirilməyəcəyinin yoxlanacağını söyləyib. O, 2014-2020 illər arasında Türkiyəyə veriləcək yardımın 4 milyard 450 milyon avro olaraq planlaşdırıldığını, ancaq bunun yalnız 167 milyon 300 min avrosunun ödəndiyini qeyd edib.
Türkiyədəki son baş verənlərə istinad edən Hahn, “Türkiyə bu sıralarda təəssüf ki, Avropa yolunda irəliləmir, tam əksinə Avropadan uzaqlaşır” deyib

AB-yə üzv xarici işlər nazirlərinin dekabr ayında Türkiyə ilə dialoqa davam edilməsi qərarı aldığını xatırladan Hahn, Türkiyə ilə ünsiyyət kanallarının bağlanılmasının səhv olacağını söyləyib. O, Türkiyə ilə AB arasındakı üzvlük müzakirələrinin təxirə salınması istiqamətindəki məsələləri da “süni” adlandırıb. Hahn “müzakirələrin həqiqətən durma” nöqtəsinə gəldiyini ifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.