Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

15-03-2017, 14:30           
Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib.

APA-nın "aysor.am" saytına istinadən verdiyi xəbərə görə, Ermənistanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə müşahidə missiyası göndərilməsi üçün baş nazir Karen Karapetyanın imzası ilə MDB üzvü olan bütün ölkələrə məktub ünvanlanıb.

Bu barədə İrəvanda jurnalistlərə açıqlamasında məlumat verən MDB İcraiyyə Komitəsi sədrinin müavini Viktor Quminski bildirib ki, dəvət bütün üzv ölkələrə göndərilsə də, yalnız Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus dəvəti müsbət cavablandırıb.

Həmin ölkələrdən ümumilikdə 76 müşahidəçi Ermənistanda parlament seçkilərini izləyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.