Almaniya Trampın “borcları var” sözlərinə qəzəblənib

19-03-2017, 22:16           
Almaniya Trampın “borcları var” sözlərinə qəzəblənib
Almaniya ABŞ prezidenti Donald Trampın NATO-ya borclu olduqlarına dair iddialarını rədd edərək, “NATO-ya borcumuz yoxdur” deyib.

Almaniyanıb Müdafiə naziri Ursula von der Leyen bugünkü açıqlamasında ABŞ prezidenti Donald Trampın NATO və ABŞ-a müdafiə xərcləri üçün “böyük miqdarda” borclu olduqlarına dair iddialarına cavab verib. Alman nazir “NATO-ya borcumuz yoxdur” deyərək, ittifaqa üzv ölkələr üçün təyin olunan 2l%-lik müdafiə xərclərinin yalnız NATO-ya bağlanmasının səhv olduğunu vurğulayıb. “Müdafiə xərcləri eyni zamanda BMT-nin Barış Gücü missiyalarına, Avropa missiyalarına və DEAŞ terrorizmi ilə mübarizəyə gedir” deyən Leyen hər kəsin yükü bərabər paylaşmalı olduğunu bildirib.

Almaniyanın 2018-ci ildəki müdafiə xərclərinin 1,4 milyard avrodan 38,5 milyard avroya çıxması gözlənilir. ABŞ prezidenti Donald Tramp Almaniyanın Baş naziri Angela Merkel ilə reallaşdırdığı görüşdən bir gün sonra sosial media hesabında maraqlı bir paylaşım etmişdi. Tramp “Almaniya NATO və ABŞ-a böyük miqdarda pul ödəmək məcburiyyətindədir” ifadəsini işlətmişdi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru