Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır – Video

23-03-2017, 10:09           
Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır – Video
Gürcüstanın Bolnisi rayonunda Rusiya nömrələri olan yük maşınları hərəkət edirlər.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının sədri Nuqzar Siklauri söyləyib. O, bu yük maşınlarının Ermənistana hərbi texnika daşıdığını bildirib:

“İlk növbədə prezident və hökumətə bu yüklərin hansı məqsədlə daşınmasını öyrənmələri üçün müraciət edirik. Bizim ehtimalımıza görə, bu yüklər hərbi xarakterlidir. Bu yük Ermənistana aparılır”.

Qeyd edək ki, 2008-ci il savaşından sonra Gürcüstan Moskva ilə İrəvan arasındakı yerüstü əlaqələri kəsib. Bu qadağa xüsusilə hərbi yüklərin daşınmasına aid edilib.
[media=https://www.youtube.com/watch?v=BehC4UtlYN4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru