“Rusiya Avropanı parçalamaq imkanı əldə edəcək”- STRATFOR

24-03-2017, 10:30           

Almaniya və Fransada keçiriləcək seçkilər Avropanı tam dəyişdirə bilər.
teref.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında “Stratfor” analitik şirkətinin vitse-prezidenti Reva Qujon söyləyib.
“Əgər Fransadakı parlament seçkisində ultrasağçıların lideri Marin Le Pen qalib gəlsə, Rusiya Avropanı parçalamaq imkanı əldə edəcək. Moskvanın əlinə böyük imkanlar düşəcək. Nəticədə Rusiyaya qarşı sanksiyalar blokadası dağıdılacaq. Almaniyada isə Angela Merkel yenidən kansler olacaq. Lakin bu dəfə hakimiyyətə daha kövrək koalisiya gələcək və Avropanın taleyi onların əlində qalacaq. Rusiya koalisiyadakı müttəfiqləri ilə birgə irəliyə doğru addımlayacaq. Nəticədə Avropa siyasətindəki birlik dağılacaq. Əgər Fransa və Almaniya bir-birindən uzaqlaşsa, Avropa Birliyinin fundamenti dağılacaq”, – deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru