Ukrayna Rusiyanın “Eurovision-2017”–də iştirakının şərtini açıqlayıb

26-03-2017, 12:31           

Rəsmi Kiyev bəyan edib ki, Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsinə təmsilçisini o halda qəbul etməyə hazırdır ki, hazırkı təmsilçi Yuliya Samoylova Ukrayna qanunvericiliyinə zidd hərəkət etməmiş biri ilə əvəz edilsin.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko “Ukrayna radio”sunun efirində deyib.

Vyaçeslav Kirilenko, Moskvanın bu şərti qəbul edəcəyinə ümid etdiyini bildirib. Kirilenko müsabiqə ətrafında yaranan vəziyyəti Rusiya tərəfindən törədilən təxribat adlandırıb.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru