Səkkiz Arktika ölkəsi birgə bəyanat imzaladı – Arktikada fəaliyyət barədə

26-03-2017, 12:55           
Səkkiz Arktika ölkəsi birgə bəyanat imzaladı – Arktikada fəaliyyət barədə
Xarici KİV-lər xəbər verir ki, səkkiz Arktika ölkəsi, o cümlədən, Rusiya və ABŞ Arktika bölgəsində fövqəladə vəziyyətlərdə və birgə əməliyyatlar zamanı qarşılıqlı fəaliyyət barədə Bostonda birgə bəyanat imzalayıb. Xəbəri ABŞ sahil-mühafizə idarəsinin mətbuat xidməti yayıb.

Bu sənəd Bostonda səkkiz Arktika ölkəsinin (Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, ABŞ və Rusiya ) iştirakı ilə keçirilən 8-ci regional konfransın yekunları əsasında imzalanıb.

ABŞ sahil mühafizəsinin məlumatına görə, birgə bəyanat «Arktikada baş verə biləcək fövqəladə hallara reaksiyanı nəzərdə tutan əsas prinsipləri, taktiki fəndləri, reqlament və informasiya mübadiləri protokollarını» özündə əks etdirir.

İclasın yekununda həm də təntənəli mərasim keçirilib. Mərasimin gedişində ABŞ bu foruma sədrliyi Finlandiyaya ötürüb.AzPolitika.info//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru