İsveçrə “Ərdoğanı öldürün” əmrinə istintaq başlatdı

27-03-2017, 09:37           

Bern-Mittelənd prokurorluğu paytaxt Berndə PKK tərəfdarlarının təşkil etdiyi “referenduma yox” mitinqində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf göstərən plakatla bağlı istintaq başladıb.

Axar.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.

İstintaq prosesinin mitinqlə bağlı icazə şərtlərinin pozulmasına görə başladıldığı bildirilir.

Xatırladaq ki, “Ərdoğanı öldürün” yazılmış plakatda Türkiyə prezidentinin başına silah dayanmış halda təsviri yer alıb. Hadisə Türkiyədə böyük etirazla qarşılanıb və bu gün İsveçrənin Ankaradakı səfiri Valter Haffner Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru