General Orucovun istefaya göndərilməsinin şok səbəbi

28-03-2017, 22:43           
General Orucovun istefaya göndərilməsinin şok səbəbi
Bu gün istefaya göndərilən general Elbrus Orucov Şuşanın düşmənə təslim edilməsi işi üzrə mühakimə olunub. Bizimxeber.az xəbər verir ki, sonradan o, Azərbaycanın Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifələrini həyata keşirib.

Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunduqdan sonra Elbrus Orucov ordunun beyni hesab edilən idarəyə-Baş qərargahın Baş Əməliyyat İdarəsinə rəis təyin olunmuşdu. General Orucovdan əvvəl həmin vəzifəni general Eyvaz Cəfərov tuturdu. Kadr dəyişikliyinə əsasən Cəfərov Baş qərargah rəisinin 1-ci müavini olmuşdu.

Elbrus Orucovun ölkənin baş qərargah rəisi olacağı ilə bağlı mətbuatda xəbərlər də dolaşırdı. Elbrus Orucovun gözlənilmədən istefaya göndərilməsi səbəbləri hələlik qaranlıq olaraq qalır.

Belə bir kadrın birdən-birə istefaya göndərilməsinin səbəbi indi çoxlarını düşündürür. Bəs Elbrus Orucov niyə istefaya göndəilib.
"Qaynar"a daxil olan məlumata görə, general-mayor bu ilin 21-24 mart tarixlərində Gürcüstanda səfərdə olub və "Tiflis Palace" otelində qalıb. Lakin o, otelə ödəməli olduğu 783.73 larini (318.60 dollar) ödəməkdən imtina edib. Bu barədə otel nəzarətçisi Nino Çavçavadzenin adından Azərbaycanın Gürcüstandakı səfirliyinə göndərilmiş məktubda bildirilir.

Nino Çavçavadze məktubunda yazır ki, Elbrus Orucov Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi tərəfindən pulun ödəniləcəyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.