Azərbaycan Prezidenti: "Bu il neftin qiyməti 40 dollar olsa, ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək"

29-03-2017, 08:59           
Azərbaycan Prezidenti: "Bu il neftin qiyməti 40 dollar olsa, ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək"
"Pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək".
"Report" xəbər verir ki, bu sözləri Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində deyib.
Dövlət başçısı bildirib ki, neft satışı respublikamıza böyük gəlir gətirir: "İstəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək.
Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın.
Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru