Səfirimizi və AzTV-nin müxbirini pivəxanadan güclə çıxardılar — UKRAYNADA XOŞAGƏLMƏZ HADİSƏ

31-03-2017, 22:05           
Səfirimizi və AzTV-nin müxbirini pivəxanadan güclə çıxardılar — UKRAYNADA XOŞAGƏLMƏZ HADİSƏ
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov şəhərində xoşagəlməz münasibətlə üzləşib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, hadisə Xarkovda fəaliyyət göstərən pivəxanalardan birində baş verib.

Belə ki, səfir Azər Xudiyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev və AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Aslanov Xarkovda pivəxanada yeyib-içiblər. Ancaq məkanın sahibi azərbaycanlıları oradan zorla çıxarıb.

Pivəxana sahibi səbəb kimi Azər Xudiyevin, Rövşən Tağıyevin və Mövsüm Aslanovun həddən çox içkili vəziyyətdə olmasını göstərib.

Bu hadisə yaşanan zaman sözügedən pivəxanada bir neçə başqa azərbaycanlı da olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru