Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib

31-03-2017, 22:23           
Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Ali Məhkəməyə müraciət edib
Rusiya Ədliyyə Nazirliyi Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Bu barədə APA-nın Moskva müxbirinin sorğusuna cavab olaraq Rusiya Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin İctimai Əlaqələr Departamentindən bildiriblər ki, ÜAK fəaliyyətində Rusiya Federasiyasının mövcud qanunvericiliyini pozub: "Rusiya Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nəzarət-təftiş tədbirləri zamanı ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğu aşkarlanıb. Rusiya Ədliyyə Nazirliyi “İctimai Təşkilatlar haqqında" qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib”.

Qeyd olunub ki, təşkilat pozuntuları aradan qaldırmadığına görə, bu ilin martın 3-də Rusiya Ədliyyə Nazirliyi Ali Məhkəməyə təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün müraciət edib.

Rusiya Ali Məhkəməsi qərarına əsasən, müvafiq məhkəmə işinə aprelin 11-də baxılacaq.

Xatırladaq ki, Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru