ABŞ administrasiyası Suriyada 3 hədəfi olduğunu açıqlayıb

2-04-2017, 11:46           

ABŞ-ın yeni administrasiyası İŞİD terror təşkilatını Suriya prezidenti Bəşər Əsədlə müqayisədə daha böyük problem hesab edir.

APA-nın məlumatına görə, bunu “Fox News” telekanalına müsahibəsində ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

N. Heyli B. Əsədi hərbi cinayətkar adlandırıb, dinc əhaliyə qarşı kimyəvi hücumda günahlandırıb, əhaliyə humanitar yardıma icazə vermədiyini söyləyib: “ABŞ Bəşər Əsədi Suriyada sülhün əldə olunması yolunda bir problem sayır. Ümid edirik ki, Suriya xalqı naminə onun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacağıq. Ancaq daha böyük problem İŞİD terror təşkilatıdır və öncə İŞİD-lə mübarizə aparmaq lazımdır. Daha sonra isə Suriya böhranının sülh yolu ilə məşğul olmaq vacibdir. Bunun üçün isə Suriyada İran təsirinə son qoymaq və Bəşər Əsədi kənarlaşdırmaq lazımdır”.

N. Heyli Suriyada durumun bu həddə çatmasında ABŞ-ın öncəki administrasiyasını da günahlandırıb: “Əgər geriyə baxsaq, biz hazırkı situasiyanın yaranmaması üçün müəyyən addımlar ata bilərdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru